İş yerini qarşılıqlı dəyişdirmək üçün müraciətini təsdiqləmiş müəllimlərin şəxsi səhifələrinə sənədlərin yoxlanılacağı məkan, tarix və saat barədə məlumatlar göndərilib.
Day.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.
Bildirilib ki, 15-16 yanvar tarixlərində keçiriləcək prosesin sənədlərin yoxlanılması mərhələsinə ümumilikdə 156 müəllim dəvət edilib.