AZ

Xəzər Boru Kəməri Konsorsiumu terminalında neft tankerlərinə dron hücumu oldu

Bakı. Trend:

Yanvarın 13-də Yunanıstana aid iki neft tankeri Qazaxıstanınneft ixracının təxminən 80%-ni həyata keçirən Xəzər Boru KəməriKonsorsiumunun terminalı yaxınlığında pilotsuz uçuş aparatlarının(PUA) hücumuna məruz qalıb.

Trend bu barədəxarici KİV-ə istinadən xəbər verir.

Məlumata görə, tankerlərdən biri – “Delta Harmony”, Yunanıstanın“Delta Tankers” şirkəti tərəfindən idarə olunur və o,“Tengizchevroil”dan neft yükləməli idi.

Digər tanker – Matilda – Yunanıstanın “Thenamaris” şirkətitərəfindən idarə olunur və mənbələrin bildirdiyinə, görə“Karçaqanaq” yatağından neft partiyası qəbul etməli idi.

İnsidentin təfərrüatları barədə məlumat verilmir.

Məqalədə:
Seçilən
58
az.trend.az

1Mənbələr