AZ

Azərbaycanda ödəniş kartlarının sayı 12%-dən çox artıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Banklar və “Azərpoçt” MMC sistemləri üzrə ötən ilin noyabr ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı ötən oktyabrın sonuna nəzərən 134 min ədəd artaraq 21 milyon 835 min ədəd təşkil edib.

Banco.az xəbər verir ki, 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 12.2% artıb.

Məlumata görə, 2024-cü ilin eyni dövründə bu göstərici 19 milyon 463 min ədədə bərabər idi. Ödəniş kartlarında debet kartlarının sayı 14.7% artıb, kredit kartlarının sayı isə 6.7% azalıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Seçilən
25
banco.az

1Mənbələr