“Səbail” mövsümlərarası fasilədə ilk transferini reallaşdırıb.
İdmanxeber.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, çempionatın birinci dövrəsini “Şahdağ Qusar”da keçirmiş hücumçu Ruslan Voronsovla mövsümün sonuna qədər müqavilə imzalanıb.
O, yeni klubunda 9 nömrəli formanı geyinəcək.
Qeyd edək ki, 30 yaşlı futbolçu bu mövsüm 7 qol vurub.