AZ

Ötən il Azərbaycan qazının 38 faizi İtaliyaya ixrac olunub

Bakı. Trend:

Ötən il İtaliyaya 9,5 milyard kubmetr və ya Azərbaycan qazının38 faizi ixrac olunub.

Trend xəbər verirki, bunu Azərbaycanın energetika naziri Pərviz Şahbazov öz rəsmi"X" səhifəsində yazıb.

Məlumatda qeyd olunur ki, Azərbaycan Respublikası və İtaliyaRespublikası arasında iqtisadi əməkdaşlıq üzrə HökumətlərarasıKomissiyanın 6-cı iclası çərçivəsində İtaliyanın xarici işlər vəbeynəlxalq əməkdaşlıq nazirinin müavini Edmondo Çirielli iləsəmərəli müzakirələr aparılıb.

"Çoxölçülü strateji tərəfdaşlığımızı bütün sahələrdəmöhkəmləndirən nailiyyətləri və əməkdaşlıq gündəliyindəki yenilayihələri nəzərdən keçirdik. Ötən il qaz ixracımızın 38faizinin-9,5 milyard kubmetrinin tədarük edildiyi İtaliya iləenerji, nəqliyyat, investisiya və texnoloji innovasiyalar üzrəperspektivli əməkdaşlıq imkanlarını dəyərləndirdik",-deyə nazirqeyd edir.

Nazir sonda vurğulayıb ki, Hökumətlərarası Komissiya iclasınınnəticəsi olaraq, 2026-2027-ci illərdə 18 istiqamət üzrə 65 tədbirinicrasını nəzərdə tutan Fəaliyyət Planı qəbul olunub.

Qeyd edək ki, Azərbaycan qazının İtaliyaya ixracı Trans-AdriatikBoru Kəməri (TAP) vasitəsilə həyata keçirilir.

Onu da qeyd edək ki, Cənub Qaz Dəhlizinin əsas elementlərindənbiri olan TAP Xəzər dənizindəki “Şahdəniz” yatağından çıxarılantəbii qazı birbaşa Avropa bazarlarına nəql edir. 1 yanvar 2026-cıildən etibarən TAP qazın nəqli üzrə yeni saziş (GTA) çərçivəsindəəlavə uzunmüddətli ötürücülük gücü təqdim edib.

Seçilən
137
az.trend.az

1Mənbələr