AZ

“Azercell”dən ASANİmza istifadəçilərinə “şad xəbər” – Qiyməti 100 faiz qaldırdı

“Azercell” ASANİmza nömrəsinin 1 ay aktiv qalması üçün tələb edilən məbləğin qiymətini heç bir xəbərdarlıq etmədən qaldırıb. Əvvəl nömrənin 1 ay aktiv qalması üçün 2 manat 50 qəpik tələb edilirdi. İndi bu məbləğ 6 manat 40 qəpik olub.

Yenilik.az xəbər verir ki, bu barədə sosial şəbəkələrin müştəri şikayətləri səhifələrində də yazırlar. Məlumata görə, “Azərcell” ASANİmza üçün abunəçilər əvvəl ayda 2.50 ödəyirdi və nömrə aktiv qalırdı.
Bu xidmət çox istifadə edilmədiyi üçün bir çox abunəçi bundan məlumatsızdır. Lakin 2 gün ardıcıl istifadə edərkən məlum olur ki, 2 gün içində nömrə çıxan zənglər üçün bağlıdır.
Narazılıqla bağlı *6050 nömrəsinə edilən zənglərə cavab olaraq bildirilib ki, “Azercell” ASANİmza nömrəsinin 1 ay aktiv qalması üçün 6 manat 40 qəpik ödəmək laızmdır.
Halbuki bu qiymət əvvəllər 2 manat 50 qəpik idi. 6 manat 40 qəpiyə qaldırılıb. Bu qiymət artımı bir çox “Azercell” ASANİmza istifadə edən abunəçinin narazılığına səbəb olub və buna görə də abunəçilər “Azercell”dən kütləvi şəkildə imtina edir.
Məsələ ilə bağlı “Azercell”in mövqeyini öyrənməyə çalışdıq. Lakin cəlhdlərimiz uğursuz alındı və zənglərimizə cavab verən olmadı.
Qarşı tərəfin mövqeyini, qiymət artımının səbəbini dərc etməyə hazırıq.

Seçilən
14
yenilik.az

1Mənbələr