Bizim media portalından alınan məlumata görə, ain.az xəbər verir.
“İranda təhlükəsizlik qüvvələrinin etirazçılara qarşı artan zorakılığı qarşısında çox təəccübləndim”.Bizim.Media xəbər verir ki, bunu BMT-nin İnsan Haqları üzrə Ali Komissarı Volker Türk deyib.
BMT-nin məlumatına görə, hadisələr nəticəsində ölənlərin sayı artıq yüzlərlədir.“Bu dəhşətli zorakılıq dövrü davam edə bilməz. İran xalqının ədalət, bərabərlik və hüquqlar tələbləri dinlənilməlidir”, – deyə Türkün bəyanatında qeyd olunub.Bəyanatı BMT-nin İnsan Haqları üzrə Ofisinin nümayəndəsi Jeremy Lorens oxuyub.Türk həmçinin etiraz aksiyaları zamanı saxlanılan minlərlə etirazçının ölüm cəzasına məruz qala biləcəyi barədə ciddi narahatlığını ifadə edib.
Bizim.Media
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.