AZ

Bazarda antisanitar vəziyyət Diri və ölü balıqlar eyni vannalarda saxlanılır

Bakupost portalından verilən məlumata əsasən, ain.az bildirir.

Hövsan qəsəbəsində fəaliyyət göstərən “Nar Kəndli” bazarında və bazarətrafı qida obyektlərində nöqsanlar aşkarlanıb.

Bakupost.az verir ki, bu barədə Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.

Bildirilib ki, bazar “Zeytun Park” MMC-yə məxsus olub.

"Yoxlamalar zamanı bazar daxilində fəaliyyət göstərən ət satış obyektində ət və ət məhsullarının temperatur rejiminə əməl edilmədən, işlək olmayan soyuducu avadanlıqlarda və baytarlıq ekspertizasından keçirilmədən satışa çıxarıldığı müəyyən edilib. Həmçinin bazar ərazisində balıqların saxlanılması və kəsimi üçün qanunsuz təşkil olunmuş sahələr aşkarlanıb, kəsim və satışın antisanitar şəraitdə aparıldığı məlum olub. Baxış zamanı diri və ölü balıqların uyğun olmayan məişət tipli vannalarda birlikdə saxlanıldığı, ölü balıqların vaxtında kənarlaşdırılmadığı, suyun müntəzəm dəyişdirilmədiyi, balıq məhsullarının açıq hava şəraitində və soyuducu avadanlıq olmadan satışa çıxarıldığı faktları qeydə alınıb.

Eyni zamanda süd və süd məhsullarının müşayiətedici sənədlərinin olmadığı, markalanma tələblərinə əməl edilmədiyi, saxlanma şəraiti və son istifadə müddəti barədə məlumatların göstərilmədiyi, eləcə də ev üsulunda hazırlanmış, etiket məlumatları olmayan müxtəlif növ turşuların satışa təqdim edildiyi müəyyən edilib", - məlumatda qeyd olunub.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
31
10
www.bakupost.az

10Mənbələr