AZ

Bakı-Ağstafa-Bakı qatarı üzrə endirimli qiymətlə əlavə reyslər təyin edilib

"Azərbaycan Dəmir Yolları" QSC (ADY) artan sərnişin tələbatını təmin etmək məqsədilə 17, 18, 24 və 25 yanvar tarixlərində Bakı-Ağstafa-Bakı istiqamətində endirimli qiymətlərlə əlavə qatar reysləri təyin edib.

"İki sahil" bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir.

Xatırladaq ki, yanvarın 5-dən Bakı–Ağstafa–Bakı ekspres tipli qatar biletinin qiymətinə 10 % endirim tətbiq olunur.

Eyni zamanda, bu marşrut üzrə nəzərdə tutulmuş 23 kiloqramlıq pulsuz baqaj normasından əlavə 10 kiloqrama qədər yükün daşınması üçün rüsum 40 manatdan 20 manata endirilib.

Seçilən
86
22
ikisahil.az

10Mənbələr