AZ

Almaniya kansleri: “İran rejimi faktiki olaraq sona çatıb”

Almaniya kansleri Fridrix Merts İran İslam Respublikasına dair sərt bəyanatla çıxış edib. Hindistana səfəri çərçivəsində Banqalor şəhərində jurnalistlərə danışan kansler bildirib ki, İranda mövcud olan siyasi sistem artıq faktiki olaraq süqut mərhələsinə qədəm qoyub. Vətəninfo.az xəbər verir ki, məlumatı “Radio Farda” yayıb.

Mertsin sözlərinə görə, hakimiyyətini yalnız zorakılıq və repressiyalar hesabına qoruyub saxlamağa çalışan istənilən rejim de-fakto çökmüş hesab edilməlidir. “Əgər bir rejim yalnız güc yolu ilə ayaqda qalırsa, bu, onun legitimliyini artıq itirdiyini göstərir. Mən inanıram ki, İran rejiminin son günlərinin və həftələrinin şahidi oluruq”, – deyə Almaniya kansleri vurğulayıb.

O qeyd edib ki, İran hakimiyyəti xalq arasında heç bir seçki və siyasi legitimliyə malik deyil. Kanslerin fikrincə, ölkə daxilində davam edən etiraz aksiyaları əhalinin rejimə qarşı açıq narazılığının və üsyan əhval-ruhiyyəsinin bariz göstəricisidir.

 

Seçilən
45
veteninfo.az

1Mənbələr