Kiçik sərnişin təyyarəsi kenquru ilə toqquşaraq zədələnib.
Publika.az xəbər verir ki, bu barədə Avstraliya Aviasiya Təhlükəsizliyi Şəbəkəsi (ASN) məlumat yayıb.
Altı sərnişin tutumlu "Pilatus PC-12/47E" biznes təyyarəsi Pertdəki Jandakot hava limanından yola düşüb. Təyyarə eniş zolağına daxil olarkən kenquru ilə toqquşub və yüngül zədələnib.
Hadisə nəticəsində xəsarət alan olmayıb.