Ukraynanın Ali Radası müdafiə naziri Denis Şmıqalın istefasını qəbul edib.
Moderator.az TASS-a istinadən xəbər verir ki, 265 deputat qərarın lehinə səs verib. İstefanın qəbul edilməsi üçün 226 səsə ehtiyac olub.
Əvvəllər Ukraynanın baş naziri vəzifəsində çalışan Şmıqal Ali Radanın 2025-ci ilin iyulun 17-də çıxardığı qərarı ilə müdafiə naziri təyin edilmişdi. O bu vəzifədə Rustem Umerovu əvəzləmişdi.
Xatırladaq ki, yanvarın 3-də Ukrayna lideri Volodimir Zelenski Şmıqalın baş nazirin müavini və energetika naziri vəzifələrinə namizədliyini irəli sürüb.
Şmıqalın təyinatı hələlik qanunvericilər tərəfindən müzakirə olunmayıb.