AZ

Sabunçuda əməliyyat - 22 kq narkotik vasitə aşkarlandı

Bakı.Trend:

DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarıtərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşıəməliyyatlar davam etdirilir.

Trend xəbərverir ki, bu barədə DİN məlumat yayıb.

Bildirilib ki, Sabunçu rayonunda keçirilən növbəti tədbir zamanı27 yaşlı İlkin Hüseynov saxlanılıb. Ondan 22 kiloqram 180 qramtərkibinə zərərli maddələr əlavə edilmiş marixuana aşkarlanıb.İ.Hüseynovun şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı iləcinayət əlaqəsinə girərək narkotik vasitələri əldə etdiyi və satışməqsədilə əvvəlcədən təyin edilən nöqtələrə yerləşdirməyiplanlaşdırdığı məlum olub.

Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsindəməhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Seçilən
64
az.trend.az

1Mənbələr