AZ

Məşhur hücumçu ABŞ-də oynayacaq

Almaniyanın "Leyptsiq" klubunun hücumçusu Timo Verner karyerasını ABŞ-da davam etdirəcək.

Milli.Az xəbər verir ki, məşhur futbol insayderi Fabritsio Romano bu barədə məlumat yayıb.

Romano bildirib ki, 29 yaşlı hücumçu MLS komandası "San-Xose Earthquakes" ilə razılığa gəlib.

Qeyd edək ki, Timo Vernerin Bundesliqa klubu ilə mövcud müqaviləsi 2026-cı ilin yayına qədər davam edir.

Hüseyn
Milli.Az

Seçilən
73
1
milli.az

2Mənbələr