AZ

İranda bu qurumlara bir həftə VAXT VERİLDİ

İranda əhaliyə zəruri məhsul və resursların təmin olunmamasına görə bir sıra yüksək vəzifəli məmurlar barəsində cinayət işləri məhkəməyə göndərilib.

KONKRET.az xəbər verir ki, bu barədə ölkənin Nəzarət Təşkilatının rəhbəri məlumat verib.

Tasnim News-un xəbərinə görə, valyuta öhdəliklərini yerinə yetirməyən şirkətlərə, zavodlara və banklara vəziyyəti düzəltmək üçün bir həftə vaxt verilib. Tələbləri bu müddətdə yerinə yetirməyənlər məhkəməyə veriləcək.

Bundan əlavə, İranda Mərkəzi Banka qarşı da pozuntulara görə ayrıca cinayət işi açılıb və yaxın günlərdə bu iş də məhkəməyə göndəriləcək.

Müşviq Tofiqoğlu
KONKRET.az

Seçilən
33
1
konkret.az

2Mənbələr