AZ

Pəhləvi yeni plan TƏQDİM ETDİ: İran belə İDARƏ OLUNACAQ

İran şahzadəsi Rza Pəhləvi İtaliyanın “Corriere della Sera” qəzetinə verdiyi müsahibədə ölkədə hakimiyyətin keçidi üçün hazırlanan “İranın Çiçəklənmə Layihəsi” (Iran Prosperity Project) adlı plana dair təfərrüatları açıqlayıb.

KONKRET.az xəbər verir ki, Pəhləvinin sözlərinə görə, bu plan üzərində İrandan və xaricdən 100-dən çox ekspert çalışıb.

Layihə bir neçə mərhələdən ibarətdir. Birinci mərhələ 180 günlük fövqəladə vəziyyət rejiminin elan olunmasını nəzərdə tutur. Onun fikrincə, bu addım əhalinin təhlükəsizliyini və xidmətlərin fasiləsiz göstərilməsini təmin edəcək.

İkinci mərhələ (sabitləşdirmə mərhələsi – red) əsas dövlət xidmətlərinin bərpasını və “iqtisadi sabitliyin təmin edilməsini” əhatə edir. Üçüncü mərhələdə isə ölkədə ümummilli seçkilərin keçirilməsi planlaşdırılır.

“Artıq planımız var. Biz bu ana illərlə hazırlaşmışıq. Mənim rəhbərlik etdiyim bu layihə İranın iqtisadi dirçəlişi və beynəlxalq ictimaiyyətə reinteqrasiyası üçün yol xəritəsidir”, – deyə Rza Pəhləvi vurğulayıb.

Müşviq Tofiqoğlu
KONKRET.az

Seçilən
77
1
konkret.az

2Mənbələr