AZ

Papağa görə tənqid edilən Təvəkkül Səlimov: "Ev-eşiyimdə dirsəkdən yuxarı geyinən yoxdur, indi qadınlar efirə xalat geyinib çıxırlar...”

Tanınmış etnoqraf-tarixçi, professor Təvəkkül Səlimov "Aktual gündəm" verilişində "papaq azərbaycanlıların namusu, qeyrətidir" deməsinin tənqidlə qarşılanmasına münasibət bildirib.

 
Professor Pravda.az-a açıqlamasında deyib ki, məsələyə müxtəlif cür yanaşmalar var.
 
O hesab edir ki, papaq kişilik nişanəsidir: “Başqa cür necə qəbul edirlərsə, etsinlər. Burda namus, qeyrət söhbəti var. Kim papağı kişilik kimi qəbul etmirsə, elə onun özü “o sözdür”. Demişəm, sözümün də üstündə dayanıram. Söhbət kişilərdən gedir, xüsusilə kənd kişilərindən soruşsanız, deyəcəklər ki, Təvəkkül müəllim yüzdə yüz düz deyir. Burda heç bir marağım yoxdur. Papaqçı deyiləm, oğlum da papaq tikən deyil. Kişinin başında papaq olanda ağlı da başında olur. Bu, mənim əqidəmdir. Nəyi pisdir ki, bəy gəlinin yanında oturanda o papaqdan birini başına qoysun. Onun nəyi əksilir? Şəxsiyyəti alçalır? Dədə-babalarımız min illər boyu papaq qoyublar, namus, qeyrət çəkməyiblər? Hazırda televiziyalarda yayımlanan verilişlərin hamısını dənizə tulla... Küçədən keçən qızları nə vaxta qədər efirə dəvət edərlər? Azərbaycanın milli mentaliteti, adət-ənənəsi var.  Niyə bunu qorumayaq? Niyə küçə qadını efirdə deməlidir ki, ərimə xəyanət eləmişəm, əcəb eləmişəm. Daş düşsün sənin başına... Səni ora buraxanın da başına daş düşsün. Dünən Tolik (aparıcı Tarix Əliyev) kimi adam zəng edib verilişlərdən birinə, qızı tənqid edir ki, bu nə geyimdir, efirə gəlmisən. Görün nə günə düşmüşük. Tolik... Bir adam ki papağı bəyənmir, o nə adamdır? İllərdir, toylar barədə yazıram, indi efirdə dindarlar gəlib mənimlə söhbət edirlər. Yalançı dindarlar. Elşad Miri elə danışır ki, elə bil, "Quran"ı bu yazıb, bundan başqa heç kim "Quran"dan danışa bilməz. Beş-altı ayə əzbərləyib, efirə hansı xətlə gəlir, kim onu buraxır, bunları da bilirik.  Mən 20 il bundan əvvəl "Quran"ın bir ayəsinə bir kitab yazmışam. İndi Elşad Miri ortaya çıxıb, heç kimi bəyənmir. Əvvəllər deyərdilər, "papaq altında elə kişilər yatır ki, xəbəriniz yoxdur..." Qəbul etmirlər, çünki kənardan təsirlər var. Deyirlər ki, Azərbaycanın mental düşüncəsini dağıdın, adət-ənənələrimizi məhv edin. Deyirlər ki, niyə Təvəkkül Səlimov özü papaq taxmır? Bu nə məntiqsizlikdir? Bu nə cüvəllağılıqdır? Televiziyanın öz qayda-qanunu, ədəb-ərkanı var. Efirə gələnlər heç özlərini aparmaq qaydasını bilmirlər. Qadınlar yataq otağında xalat geyinər. Bunlar efirə xalatda çıxırlar. Yanvar ayıdır, paltar çiyninin üstündəndir, qoltuğu bayırda qalıb. Nənəm deyərdi ki, qadının qoltuğu göründü, vəssalam... Mənim ev-eşiyimdə, qohum-qardaşımda dirsəkdən yuxarı geyinən yoxdur. Kim geyinirsə, geyinsin, ancaq abır-həyanı gözləmək lazımdır. "Sən niyə papaq qoymamısan?" Əcəb edib qoymamışam. Mən deyirəm ki, bəy gəlinin yanında oturanda papaq qoysun. Bəy onda kişilik statusu qazanır. Demirəm ki, Azərbaycan kişiləri bir ucdan hamısı papaq qoysunlar”.
Seçilən
11
1
yenilik.az

2Mənbələr