AZ

Azərbaycan türkünün oğlan övladı restoranda oriental rəqs oynayır - faciə və biabırçılıq…



Fatimə Hacıbəyli: “Bizim oğlanlarımız cəngavərdir, cəsurdur, ancaq göbək rəqsi oynaması ayıbdır”

Bakıda restoranda gənc oğlanın oriental rəqsini əks etdirən görüntülər sosial şəbəkələrdə birmənalı qarşılanmayıb. Sosial şəbəkə istifadəçiləri oğlanın göbək rəqsini sərt tənqid ediblər. Məlumata görə, video Bakıda, 28 May yaxınlığında yerləşən "Barin Baku" restoranında qeydə alınıb.

Qeyd edək ki, zamanla oğlanların göbək rəqsi oynamasının şahidi olmuşuq. Ancaq bu hal bizim mentalitetimizə, milli dəyərlərimizə uyğun deyil.

Sosioloq Fatimə Hacıbəyli baki-xeber.com-a şərhində bildirdi ki, istər toylarda, istərsə də sosial şəbəkəkələrdə nümayiş etdirilən müxtəlif rəqs müəllimləri ilə bağlı təhlil aparılmalıdır: “Toylarda qız kimi oynayan, göbək rəqsi edən oğlanlara, oğlan hərəkəti edən qızlara etiraz bildirmək lazımdır. Axı, bunlar bizim övladlarımızdır? Rəqs çox sağlam həyat tərzinə aid olan kreativ incəsənət növüdür. Bizə yad olan, mental dəyərlərimizn elementlərini vacib komponetlərinin özündə əks etdirməyən rəqslər nəyə lazımdır? Azərbaycan balasının göbək rəqsi oynaması və bunu fəxrlə ictimailəşdirməsi utancvericidir. Azərbaycan oğlanları işğal altında olan torpaqları düşmənlərdən azad edib.Bizim oğlanlarımız cəngavərdir, cəsurdur, ancaq göbək rəqsi oynaması ayıbdır”

Günel CƏLİLOVA

Seçilən
17
baki-xeber.com

1Mənbələr