AZ

45 ildən sonra Bakıda mühüm dəyişiklik olacaq Prezident anons verdi

GlobalInfo portalından alınan məlumata görə, ain.az xəbər verir.

Prezident İlham Əliyev yanvarın 12-də keçirilən müşavirədə bir sıra məsələlərə toxunub. Ölkə başçısının Bakıda yağan leysan yağışları ilə bağlı sözləri diqqət çəkib.

Sitat: “Leysan yağışları yağan kimi şəhər nəqliyyatı iflic vəziyyətinə düşür, çox ciddi problemlər yaşanır. Düzdür, bu, təkcə Bakıda, Azərbaycanda deyil. Yağış sularının idarə olunması üçün Bakının 30 küçəsində yeni kollektor şəbəkəsi də qurulacaq və bunun çox böyük faydası olacaq”.

Yeni kollektor şəbəkələri Bakının leysan problemi üçün real və uzunmüddətli həll ola biləcəkmi? 

Globalinfo.az-a danışan əmlak eksperti Elnur Azadov deyib ki, son illərdə güclü yağışlar nəticəsində bir çox yeraltı keçidlər və məhəllələr ciddi şəkildə su altında qalır:

“Bu da şəhərdə hərəkətin iflic olmasına səbəb olur. Artıq problemi həll etmək məqsədilə tədbirlər planı hazırlanıb. Qeyd edim ki, Bakının mövcud kanalizasiya sistemi əvvəlki baş planlara uyğun olaraq, 1980-ci illərdə inşa edilib. Sistem uzun zamandır ki, qısamüddətli tələblərə cavab versə də, indi köhnəlib və şəhər tələblərinə uyğun deyil. Paytaxtda yeni inşa olunmuş binaların sayı artdığından, mövcud kanalizasiya sistemi çox yüklənir. Güclü yağışlar zamanı bu sistemlərin suyu ötürməkdə çətinlik çəkdiyi müşahidə olunur. Bununla yanaşı, nəzərə almaq lazımdır ki, Bakının yalnız ətraf hissələrində mövcud kanalizasiya kollektorları var. Şəhərin daxili hissəsində onların sayı çox azdır və tələblərə cavab vermir”.

Elnur Azadov

Ekspert bildirib ki, hazırkı təkliflərə uyğun olaraq, şəhərin daxili hissəsində təxminən 30 ərazidə daha kiçik kanalizasiya kollektorlarının quraşdırılması nəzərdə tutulub:

“Bu da potensial problemlərin qarşısını almaq üçün optimal həll hesab olunur. Eyni zamanda qanunvericilikdə layihələndirmə prinsipləri nəzərdə tutulub, gələcəkdə çirkab sularının kanalizasiya sisteminə yönləndirilməsi əvəzinə, onları molekulyar səviyyədə təmizləyib içməli suya çevirmək mümkün olacaq. Belə texnologiyaların tətbiqi ilə kollektorlar üzərində daha yeni sistemlərin qurulması planlaşdırılır. Bu da uzun məsafələrdən su və içməli suyun nəqlini optimallaşdıraraq xərclərin azalmasına gətirib çıxaracaq”.

Zaira Akifqızı

Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
17
globalinfo.az

1Mənbələr