AZ

İranda taxt oyunları: sürgündəki şahzadə rejimi dəyişmək üçün planını açıqlayıb

İranda etirazlar genişlənərkən, ölkədən kənarda yaşayan şahzadə Rza Pəhləvinin adı yenidən gündəmə qayıdır. ABŞ-də oxuduğu 1979-cu ildə atası son şah devrilən Pəhləvi, o vaxtdan bəri vətəninə ayaq basmayıb. Lakin bu gün artıq onun adı etirazçılar arasında “şah gəlsin” şüarları ilə çəkilir.

Turkustan.az xəbər verir ki, bununla bağlı britaniyalı jurnalist Tim Rossun “Politico” saytında araşdırma yazısı dərc edilib.

Rossun London, Paris və onlayn görüşlər əsasında yazdığına görə, Pəhləvi uzun müddətdir İranın ali lideri Ayətullah Əli Xameneyinin idarəçiliyinə son qoymaq üçün plan hazırlayır və keçid dövrünü özü rəhbərlik edə biləcək bir siyasi model üzərində işləyir. Onun yaxınları da etiraf edir ki, heç nə təminatlı deyil. Lakin bu dəfə etirazların miqyası, iqtisadi böhran və İranın regional gərginliklərdə zəifləməsi fonunda, Pəhləvinin siyasi qayıdışı əvvəlkindən daha real görünür.

Kütləvi üsyan

Pəhləvi hesab edir ki, dəyişiklik ölkə daxilindən gəlməlidir və xarici hərbi müdaxilə yalnız prosesi çətinləşdirər. O, xüsusilə iqtisadi səbəblərdən alovlanan etirazların davamlı şəkildə böyüdüyünü, maaşların ödənmədiyini, ərzaq qiymətlərinin kəskin qalxdığını və dövlətin nə nəzarət, nə də legitimlik baxımından mövqeyini itirdiyini vurğulayır.

Pəhləvi xaricdən həm maliyyə dəstəyinin, həm də kommunikasiya imkanlarının artırılmasını istəyir. Xüsusilə Starlink terminallarının ölkəyə çatdırılması və hökumətin internet blokadasını yarmaq imkanının saxlanılması etirazçıların koordinasiyası üçün həyati faktor kimi göstərilir.

Bu arada hüquq-müdafiə təşkilatları yüzlərlə ölən, minlərlə həbs olunan olduğunu bildirir. Sosial şəbəkələrdə etirazçılar arasında şah dövrünün rəmzi olan “Şir və Günəş” bayrağı tez-tez görünməyə başlayıb.

“Amnesty” planı

Pəhləvi xüsusilə SSRİ və Şərqi Avropanın çökmə təcrübəsini diqqətlə öyrəndiyini deyir. Onun fikrincə, rejimin devrilməsi üçün kütləvi dəstəklə yanaşı, hakimiyyət aparatında çatların yaranması vacibdir.

Əsas hədəf İslam İnqilabı Keşikçiləri Korpusudur (SEPAH). Pəhləvi hesab edir ki, ən sərt və ideoloji təbəqə yuxarı rəhbərlikdədir, lakin orta və aşağı təbəqələr sosial baxımdan rejimlə birlikdə çökür - bəziləri kirayəsini belə ödəyə bilmir.

Bu səbəbdən sürgün qrupunun ikinci böyük planı “amnesty” sistemidir. Pəhləvi rejim devrildikdən sonra aşağı və orta səviyyəli şəxslərə amnistiya və vəzifədə qalma imkanı vəd edir ki, İraq nümunəsində olduğu kimi dövlət aparatı birdən çöküb boşluq yaranmasın. Onun komandası hətta defeksiya üçün qorunan portal açıb və “Politico”ya bildirilib ki, “on minlərlə” şəxs bu kanaldan istifadə edib.

Rejim dəyişikliyi və xarici oyunçular

Rossun iddiasına görə, Pəhləvi nə ABŞ, nə İsrailin rejimi hərbi yolla devirməsini istəmir. O, xüsusilə Avropanın “diplomatiya və zaman qazanmaq” xəttini sərt tənqid edir və bunu “təslimçilik” adlandırır. Eyni zamanda Tramp administrasiyasına yaxın əlaqələr saxlayır.

Trampın ikinci müddəti İran mövzusunda daha sərt olub: Vaşinqton artıq nüvə sazişindən çıxıb, İsraillə koordinasiyada İran obyektlərinə zərbələr endirib və Tehranı zəiflədən hərbi siqnallar göndərib. “Politico” yazır ki, bu, klerikal elitanın qorxu baryerini əvvəlkindən daha çox dağıdıb.

Pəhləvi bu gün həm Avropa, həm də ABŞ rəsmiləri ilə görüşür və xüsusilə iqtisadiyyat və enerji sektorunda gələcək investisiya potensialını vurğulayır. İranın nəhəng təbii qaz ehtiyatları Avropanın uzunmüddətli enerji təhlükəsizliyini dəyişə bilər.

Keçid dövrü və “qoruyucu monarxiya” variantı

Pəhləvinin planının ən mühüm hissəsi keçid hökumətidir. Rejim çökdükdən dərhal sonra müvəqqəti idarəetmə, ardınca konstitusiya konfransı və ümumxalq referendumunun keçirilməsi təklif olunur. Pəhləvi öz missiyasının referendumla bitəcəyini deyir — lakin monarxiya variantını istisna etmir..

Araşdırmaçının iddiasına görə, Pəhləvi üç prinsip qoyur:

İranın ərazi bütövlüyü

sekulyar və demokratik sistem

insan hüquqlarının tam təminatı

Bu çərçivə LGBT-dən dini azlıqlara qədər bərabər hüquqları əhatə edir.

Real güc balansı

Məqalənin sonunda Ross qeyd edir ki, bütün prosesin uğursuzluq ehtimalı hələ də yüksəkdir. İran müxalifəti parçalanmış vəziyyətdədir, diaspora birlik yarada bilmir, xalq isə həm umud, həm qorxu arasında dəyişir. Eyni zamanda Pəhləvinin ailə tarixinin çirkli tərəfi - SAVAK və avtoritar idarəetmə - hələ də bir çoxları üçün maneədir./Musavat.com

Seçilən
28
1
turkustan.az

2Mənbələr