Banco.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
Müəllif: Gülnar Əhmədli, Banco.az
2025-ci ilin dekabr ayının 1-nə Azərbaycanda fəaliyyət göstərən bankların kredit qoyuluşları 29 mlrd. 685.5 mln. manat təşkil edib. Bunun da 75.9%-i və ya 22 mlrd. 520.6 mln. manatı Bakı şəhərinin payına düşüb.
Banco.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, Bakı şəhərinə kredit qoyuluşularının həcmi 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 7.4% və ya 1 mlrd. 544 mln. manat artıb.
Qeyd edək ki, 2024-cü ilin dekabr ayının 1-nə Bakı şəhərinə kredit qoyuluşları 20 mlrd. 976 mln. manat olub.
Bizi sosial şəbəkələrdən izləyin!!
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.