AZ

Luvr soyğunçuluğunun yeni təfərrüatları ortaya çıxdı

Gununsesi portalından alınan məlumata görə, ain.az xəbər verir.

Luvr soyğunçuluğunun yeni təfərrüatları ortaya çıxıb.

Gununsesi.info xəbər verir ki, bu barədə “Parisien” qəzetinin verdiyi məlumata görə, hüquq-mühafizə orqanlarının əməkdaşları Parisin şimal ətrafındakı Aubervillier məhəlləsində oğruların əvvəlcə Luvr muzeyindən oğurlanmış zinət əşyalarını saxladıqları qarajı aşkar ediblər.

Hadisə ilə bağlı görüntülər də yayılmaqda davam edir.

Yayılan görüntülərdə qaraj yerinin qarşısında dayanan iki sürücü göstərilir. 

Qeyd edək ki, ötən ilin oktyabr ayında iş geyimləri geyinmiş naməlum şəxslər Luvr muzeyinə forkliftlə daxil olub və cəmi bir neçə dəqiqə ərzində Napoleonun kolleksiyasından təxminən 88 milyon avro dəyərində zinət əşyaları, o cümlədən boyunbağı, broş və tac oğurlayıblar. Oğrular qaçış zamanı İmperatriça Yevgeninin 1354 brilyantla bəzədilmiş tacını yerə atıblar. Onlar oğurlanmış zinət əşyalarının bir hissəsini  satmağa cəhd ediblər.

Maqsud

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
65
icma.az

1Mənbələr