Ekspert deyib ki, bu da iqtisadiyyatın zəifləməsində vacib rol oynayıb. Nəticədə indi İran valyutası tənəzzülə uğrayıb. Əsas amil isə, dövlətin nə dərəcədə buna hazır olmasıdır. Hökumət devalvasiya üçün heç bir qanun qəbul etmədi. Səbəb olaraq da, İran əhalisi küçələrə töküldü. İranda rejimin dəyişməsinə maraqlı olan qüvvələr mövcuddur. İran iqtisadiyyatını vaxtında gücləndirsə idi, bu gün pul dəyərdən düşməzdi. Dərinliyinə nəzər yetirilsə, bugünkü etirazlara məhz, hökumət yol açıb.
Elman Sadıqov söyləyib ki, etirazların müxtəlif təsirləri olacaq. Əsas dövlətlər isə Azərbaycan, İraq, Türkiyə, Cənubi Qafqaz əraziləri olacaq. Hər birində müəyyən narahatlıqlar özünü göstərəcək. Lakin təsirin dərəcəsi İranda hakimiyyətə gələn şəxsdən asılıdır. “ İranda hazırki rejim uzunmüddətli ola bilməz. Geniş müdaxilələr mövcuddur. Birbaşa parlament üsuluna keçmək zaman ala bilər. Çünki xalqın psixologiyası buna hazır deyil. Pezeşkian rəhbər olaraq qalarsa və anarxiyaya yol verilməsə, Amerika və digər dövlətlər ilə əlaqələr normaya düşərsə, ətraf ölkələr üçün ciddi problemlər yaratmaz.”-deyə, o açıqlayıb. Ekspertin sözlərinə görə, Rza şah hakimiyyətə gələrsə parçalanma amilləri güclənəcək. Hətta orada yaşayan azərbaycanlılar da onu sevmir. Pəhləvilərin idarəçiliyində qatı farsçılıq özünü göstərir. Amma dəqiq hansı siyasətin yerildiyini və qərarların necə olacağını bilmək olmaz. Burada Amerikanın yanaşması Venesuella ilə eynilik təşkil edir. Qısa zamanda İran neftinə sərmayələr qoymaqla, onu dünya bazarına çıxarmaq əsas hədəfdir. Lakin Amerika İran xalqının hansı hakimiyyəti dəstəkləməsinə qarışmır. Əvəzində İsrail ilə əlaqələrin bərpasına üstünlük verir. Rza şahın yenidən gəlməsi münaqişələrin çoxalması deməkdir. İranın parçalanması xəritələrin dəyişməsinə yol açacaq. Ölkədə miqrasiya axını güclənəcək. Həmçinin, vətəndaş müharibələri arta bilər. Miqrasiya qonşu ölkələrə birbaşa təhlükədir. İqtisadçı deyib ki, Azərbaycanın özü də bu prosesə hazır deyil. Ona görə də, İranın parçalanması yolverilməzdir. Hökumət artıq molla rejimini qəbul etmir. Ən uyğun variant Pezeşkianın hakimiyyətdə qalmasıdır. Üstəlik, İran Azərbaycan üçün digər riskləri də formalaşdıracaq. Amma Zəngəzur dəhlizi üçün heç bir təhlükə gözlənilmir. Çünki bu tək Azərbaycanın layihəsi deyil, beynəlxalq məsələdir. Bura heç bir dövlət qarışa bilməz. Ona görə də, İranın yeni hakimiyyəti bu proseslərdə risk yarada bilməz. Qısacası, İranın Zəngəzura qarışması hakimiyyətinin sonu deməkdir.
İranda rejim dəyişdikdən sonra hadisələrin hansı istiqamətdə gedəcəyi hələ gələcəyə bağlıdır. Azərbaycan özü də burada səbrli mövqe nümayiş etdirməlidir. Çünki risklər çoxdur. Sonda ekspert bildirib ki, bu gün İran realı çöküb. Hökumət ilk olaraq, etirazları yatırmalıdır. Vizual olaraq da, hələ bu görünmür. İran bu günə qədər heç bir iqtisadi problemini qəbul etməyib. Yeni bir modelin hazırlanıb ölkə üçün tədbirlərin görülməsi sual altındadır.
