AZ

Zəngəzur dəhlizi bu tarixə qədər istifadəyə verilə bilər

224 kilometrlik Qars-İğdır-Aralık-Dilucu dəmir yolu xətti Zəngəzur dəhlizi üçün böyük əhəmiyyət kəsb edir. Bu dəmir yolu xəttinin aktiv tikintisi ötən ildən bəri davam edir.

Azreform.info xəbər verir ki, bu barədə Türkiyənin nəqliyyat və infrastruktur naziri Əbdülqadir Uraloğlu jurnalistlərə açıqlamasında deyib.

Nazir Zəngəzur dəhlizi marşrutu üzrə işlərin Azərbaycanda da davam etdiyini əlavə edib.

O, həmçinin ABŞ-nin dəhlizin Ermənistan ərazisindən keçən hissəsinin tikintisində iştirakına diqqət çəkib: "Bu il bu məsələdə irəliləyiş gözləyirik. Bu, Zəngəzur dəhlizini 2030-cu ilə qədər istifadəyə verməyə imkan verəcək".

Həmidə İbrahimova

Seçilən
22
2
azreform.info

4Mənbələr