AZ

Türkiyədə prokuror məhkəmədə hakimi güllələdi

Türkiyədə prokuror məhkəmədə hakimi güllələdi

İstanbulda prokuror keçmiş həyat yoldaşı olan hakimə atəş açıb.

AFN.az Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə şəhərin Kartal rayonunda yerləşən Bölgə Apellyasiya Məhkəməsində baş verib.

Silahlı insident məhkəmə iclası zamanı qeydə alınıb. Ayağından yaralanan hakim ən yaxın xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin qənaətbəxş olduğu bildirilir.

İnsidenti törədən prokuror saxlanılıb. Faktla bağlı araşdırma başlanılıb. Hadisə iştirakçılarının adları açıqlanmayıb.

Seçilən
71
2
afn.az

3Mənbələr