AZ

Bu, bağırsaq infeksiyaları riskini artıra bilər -Mütəxəssisdən AÇIQLAMA

Əti bişirməzdən əvvəl yumaq vərdişi bağırsaq infeksiyaları riskini artıra bilər.

Redaktor.az xəbər verir ki, qastroenteroloq Sergey Lopatin aif.ru-ya bu haqda açıqlamasında xəbərdarlıq edib.

Həkimin sözlərinə görə, insanlar adətən əti üzərindəki patogen mikroorqanizmlərdən təmizləmək məqsədilə yuyurlar. Lakin adi su ilə məhsulun səthindəki bakteriyaları tam aradan qaldırmaq mümkün deyil. Bu prosesdə əsas rol məhz istilik emalına məxsusdur. Eyni zamanda, ətin yuyulması çarpaz çirklənmə mexanizmini işə sala bilər: su sıçramaları ilə bakteriyalar mətbəxdəki digər səthlərə və məhsullara yayıla bilər.

Sergey Lopatin vurğulayıb ki, aparılan tədqiqatlar toyuq ətinin yuyulmasının salmonellyoza yoluxma ehtimalını artırdığını təsdiqləyir.

Onun sözlərinə görə, salmonella bakteriyaları insan orqanizminə birbaşa ət vasitəsilə deyil, mətbəxdə olan digər qida məhsulları üzərindən düşür.

Aytəkin TOFİQQIZI

Seçilən
95
redaktor.az

1Mənbələr