“Barcelona”nın idman direktoru Deku Xabi Alonsonun “Real Madrid”dən ayrılması ilə bağlı fikirlərini bölüşüb.
Vətəninfo.az Marca-ya istinadən xəbər verir ki, Deku bildirib: Həm “Barcelona”, həm də “Real Madrid” kimi klublarda işləmək hər zaman çətindir və bu komandalar üzərində təzyiq son dərəcə yüksək olur. Onun sözlərinə görə, nəticələr əldə olunmadıqda ilk növbədə məsuliyyət baş məşqçilərin üzərinə düşür.
“‘Barcelona’ və ‘Real Madrid’ kimi klublarda işləmək həmişə çətindir, təzyiq çox yüksəkdir. Nəticə olmayanda ilk növbədə baş məşqçilər əziyyət çəkirlər. Xabi Alonso’nun gedişi bir qədər təəccüblüdür, çünki o, elə də çox çalışa bilmədi”, – deyə Deco qeyd edib.
O, həmçinin Alvaro Arbeloanın məşqçi keyfiyyətləri barədə də danışıb: “Arbeloanın yaxşı məşqçi olub-olmadığını bilmirəm. Onun hansı müddətə təyin olunduğundan da xəbərsizəm. ‘Real Madrid’ haqqında çox danışmaq istəmirəm”.