ain.az, Demokrat.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
“Havaların soyuması bəzi xəstəliklərin azalmasına səbəb olsa da, qripin yayılma riskini artırır. İsti havalarda daha çox rast gəlinən bağırsaq infeksiyaları temperatur aşağı düşdükcə azalır”.Bu sözləri Demokrat.az-a açıqlamasında terapevt-həkim Kəmalə Orucova bildirib.O deyib ki, çünki mikroblar isti mühitdə daha tez çoxalır:“Hava soyuduqda insanlar qapalı məkanlarda daha çox vaxt keçirir və bu da qrip virusunun yayılmasını asanlaşdırır. Soyuq hava immun sistemini zəiflədə bilər və orqanizm viruslara qarşı daha həssas olur. Qrip əsasən payız və qış aylarında aktivləşir və sürətlə yayıla bilir. Xüsusilə uşaqlar, yaşlılar və xroniki xəstəliyi olanlar qripə qarşı risk qrupundadır. Ona görə də havaların soyuması xəstəlikləri tam azaltmır, əksinə bəzi infeksiyaların, xüsusilə qripin artmasına şərait yaradır. Mövsümə uyğun geyinmək, əlləri tez-tez yumaq və xəstə insanlarla yaxın təmasdan qaçmaq vacibdir”.Leyla Turan
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.