Bakı. Trend:
Süni intellekt tərəfindən, yəni insanın iştirakı olmadanyaradılmış əsərlərin hüquqi subyektliyi yoxdur. Müəlliflikhüququnun subyekti insan hesab olunur. Ona görə də süni intellekttərəfindən yaradılmış əqli fəaliyyətin nəticəsi (ƏFN) müəlliflikhüququnun obyekti ola bilməz, çünki o, insan - müəllif tərəfindənyaradılmayıb.
Bu barədə Trend-in sorğusuna cavab olaraq Əqli MülkiyyətAgentliyindən məlumat verilib.
Bildirilib ki, süni intellekt tərəfindən yaradılmış ƏFN qorunanobyekt hesab edilmir. Bunu bir çox ölkələrin, o cümlədən MüstəqilDövlətlər Birliyinə üzv olan dövlətlərin təcrübəsində də görməkolur:
"Məsələn, Rusiya Federasiyasında mövcud olan qanunvericiliyəəsasən müəlliflik birbaşa fiziki şəxslə əlaqələndirilir və bunagörə də insanın iştirakı olmadan - süni intellekt tərəfindənyaradılan əsərlər müəlliflik hüququ ilə qorunmur.
Amerika Birləşmiş Ştatlarında da müəllif mövcud olmadıqdamüəlliflik hüquqi ilə qorunmadan imtina edilir. Amerika MüəlliflikHüququ Sistemində yalnız insan müəllif kimi çıxış edə bilər.İnsanın yaradıcılıq töhfəsi olmadan süni intellekt tərəfindənyaradılmış əsər qorunmur. Hüquqlar yaradıcılıq töhfəsi vermiş şəxsəməxsus olur.
Çində də süni intellekt müstəqil müəllif kimi tanınmır və onunhüquqları süni intellekt sisteminin sahibi olan fiziki və ya hüquqişəxsə məxsus olur.
Əksər ölkələrin bu sahədəki təcrübəsi də onu deməyə əsas verirki, süni intellekt müstəqil şəkildə müəllif və ya ixtiraçıstatusuna malik ola bilməz. Maşın və ya alqoritm hüquqi şəxsstatusuna malik deyil, öhdəlik daşıya və hüquqlar həyata keçirəbilmir, buna görə də süni intellekt əqli mülkiyyətin hüquqi sxeminədaxil edilmir. Orijinallıq, yaradıcılıq və ixtiraçılıq insanaməxsusdur.
“Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün süniintellekt Strategiyası” nda ölkədə süni intellektin inkişafistiqamətləri müəyyən edilir. Sənəddə normativ-hüquqi bazanıntəkmilləşdirilməsi və Süni İntellekt haqqında Qanunun qəbuledilməsi və digər məsələləri əhatə edən addımların atılmasıplanlaşdırılır. Strategiyanın prioritetləri sırasında beynəlxalqəməkdaşlıq və dünya təcrübəsinin nəzərə alınması da əks olunur.Ümumilikdə Azərbaycanın mövqeyi süni intellekti əqli mülkiyyətinqorunması ilə harmoniyada inkişaf etdirməkdir. Bir sözlə, süniintellekt vasitəsi ilə yaradılan obyektlər (əsərlər) müəlliflikhüququ ilə qorunmur.
Süni intellekt ilə bağlı Azərbaycan Respublikasının ƏqliMülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanovun “Süniİntellektin əqli mülkiyyətdə istifadəsi: riyazi köklərdən praktikivə fəlsəfi-hüquqi aspektlərədək” kitabından daha ətraflı məlumatəldə etmək olar. Kitabın elektron variantı AzərbaycanRespublikasının Əqli Mülkiyyət Agentliyinin rəsmi internet saytıolan copat.gov.az saytının media bölümünün nəşrlər vəprezentasiyalar hissəsində yerləşdirilib", məlumatda qeydolunub.