AZ

“Fənərbağça”nın hücumçusu Super Liqa klubunda

“Kasımpaşa” klubu “Fənərbağça”nın hücumçusu Cenk Tosunla transfer məsələsində prinsipial razılıq əldə edib.

İdmanxeber.az-ın məlumatına görə, tərəflər hazırda futbolçunun maaşının hansı hissəsinin kim tərəfindən ödəniləcəyi mövzusunda danışıqları davam etdirir.

Kasımpaşa və “Fənərbağça” bu məsələ ilə bağlı ortaq məxrəcə gələrsə, transferin qısa müddətdə rəsmiləşəcəyi bildirilir.

Qeyd edək ki, təcrübəli hücumçu cari mövsümdə “Fənərbağça”nın heyətində məhdud oyun şansı qazanıb. O, bir müddət öncə komandadan uzaqlaşdırılıb.

Seçilən
14
idmanxeber.az

1Mənbələr