ain.az, Redaktor.az portalına istinadən məlumat yayır.
Ötən günlərdə ölkənin bəzi ərazilərində dumanlı hava müşahidə olunurdu. Bu isə həm sürücülərə, həm də piyadalara çətinlik yaratması ilə müşahidə edilirdi.
Bəs dumanlı havanın yaranma səbəbi nədir?
Redaktor.az-a danışan Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) yanında İctimai Şuranın sədri Amin Məmmədov qeyd etdi ki, Bakıda dumanlı hava adətən müşahidə olunur, bu da əslində havada olan qeyri-stabil proseslərlə əlaqədardır:
"Yanvar ayının əvvəli nisbətən soyuq başladı, temperatur aşağı düşdü, təqribən sıfıra yaxınlaşdı. Müəyyən günlərdə güclü küləklərlə müşahidə olundu. Qar ehtimalı da var idi, amma bir az sulu qar yağdı, rayonlarda isə əsasən qar müşahidə olundu. Sonra isə Bakıda, artıq Abşeron yarımadasında bu günəşli hava ilə əvəzləndi. Günəşli hava ilə də temperatur qış normasına görə nisbətən yüksək oldu və havadakı nisbi rütubətin Bakıda çox olmasını və Xəzər dənizi faktorunu da nəzərə alsaq, müəyyən qədər buxarlanma da rol oynayır.

Ona görə də bu, dumanın həmişəkindən çox olmasına səbəb oldu. Son vaxtlar havanın intensiv duman olması bir az temperaturun qış ayı olmasına baxmayaraq, yanvarın əvvəli ilə müqayisədə nisbətən yuxarı olması ilə əlaqədardır. Əsasən səhər tezdən, səhər saatlarında və axşam gec saatlarda bu duman intensivləşir. Bir az avtomobillərdə, sürücülərin hərəkətində çətinlik yaradır, amma o qədər də belə kritik həddə olmasa da, müşahidə olunur".
Aytəkin TOFİQQIZI
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.