AZ

Cəlilabadda məktəb direktoru idarə etdiyi avtomobillə piyadanı vurdu

ain.az bildirir, Bizim media portalına istinadən.

Cəlilabadda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.Bizim.Media-nın yerli bürosu xəbər verir ki, hadisə rayonun Bədirli kəndi ərazisində qeydə alınıb. Babaxanlı kənd sakini, Zeynalov Ziyatay Uruf oğlunun idarə etdiyi avtomobil Bədirli kənd sakini Əliyev Xudu Abdulla oğlunu vurub.Qəza nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan piyada təcili tibbi yardım vasitəsilə xəstəxanaya çatdırılıb. Yaralının vəziyyətinin ağır olduğu bildirilir.

 

Məlumata görə, avtomobili idarə edən Zeynalov Ziyatay Uruf oğlu Babaxanlı kənd orta məktəbinin direktoru vəzifəsində çalışır.

Faktla bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.Sabutay, Bizim.Media, Cənub bürosu.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
56
5
bizim.media

4Mənbələr