Bakı. Trend:
Xidmətlərin rəqəmsallaşdırılması və vətəndaşlara göstərilənxidmətlərin keyfiyyətinin yüksəldilməsi məqsədilə təhsillə bağlısənədlərin elektron formada əldə edilməsi imkanlarıgenişləndirilib.
Azərbaycanda diplomların elektronlaşdırılmasının əhəmiyyətinədən ibarətdir? Elektron diplomların hüquqi qüvvəsi necə təminolunacaq? Elektron diplomlar ölkə daxilində digər dövlət qurumlarıilə inteqrasiyası necə təmin ediləcək? Elektron diplomlara keçidsaxta diplomlarla mübarizəyə təsir edəcəkmi? Diplomlarınelektronlaşdırılması ilə bağlı dünya praktikası necədir?
Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Elnarə Akimovamövzu ilə bağlı Trend-ə açıqlamasında bildirib ki, diplomlarınverilməsinin tam rəqəmsal formaya keçirilməsi təhsil sistemindəşəffaflığın, etibarlılığın və operativliyin artırılması baxımındanstrateji əhəmiyyət daşıyır:
Rəqəmsal diplom sisteminin tətbiqi saxta diplomlarındövriyyəsinə ciddi zərbə vuracaq
“Rəqəmsal diplomlar insan faktorundan asılılığı minimumaendirir, məlumatların vahid dövlət reyestrində saxlanılmasını təminedir və vətəndaş–dövlət–işəgötürən münasibətlərində vaxt və resursitkilərini azaldır. Bu, eyni zamanda təhsilin idarə olunmasındakeyfiyyət nəzarətini gücləndirən mühüm institusional alətdir.
Tam rəqəmsallaşmaya keçid baxımından ölkədə ali və orta ixtisastəhsili müəssisələrinin böyük əksəriyyəti artıq elektroninformasiya sistemlərinə inteqrasiya olunub. Təhsil prosesininidarə edilməsi, tələbə məlumatları, qiymətləndirmə və məzunreyestrləri mərhələli şəkildə rəqəmsal mühitə köçürülüb. Bununlabelə, bəzi regionlarda texniki infrastrukturun gücləndirilməsi vəkadrların rəqəmsal bacarıqlarının artırılması ehtiyacı qalmaqdadır.Bu, keçid dövrünün obyektiv çətinlikləri kimi qiymətləndirilməlidirvə mərhələli şəkildə aradan qaldırılır.
Rəqəmsal diplom sisteminin tətbiqi saxta diplomlarındövriyyəsinə ciddi zərbə vuracaq. Diplom məlumatlarınınmərkəzləşdirilmiş dövlət bazasında saxlanılması istənilən diplomunreal vaxt rejimində yoxlanılmasına imkan verəcək. Bu mexanizm saxtasənədlərin hazırlanmasını və istifadəsini praktiki olaraq mümkünsüzedir. Tam aradan qalxma riski nəzəri olaraq sıfıra enməsə də,institusional nəzarət baxımından problem kəskin şəkildəminimallaşdırılacaq və saxtakarlıq hallarının aşkar olunması xeylisürətlənəcək".

Təhsil Nazirliyi ilə Xarici İşlər Nazirliyi arasındainstitusional əməkdaşlıq çərçivəsində rəqəmsal Apostil mexanizmininhazırlana bilər
Deputat elektron diplomların xaricdə tanınması məsələsinə dəaydınlıq gətirib:
"Elektron diplomların xaricdə tanınması məsələsinə gəldikdə isə,Təhsil Nazirliyi ilə Xarici İşlər Nazirliyi arasında institusionaləməkdaşlıq çərçivəsində rəqəmsal Apostil mexanizminin hazırlanmasıtam real və hüquqi baxımdan mümkündür. Bir sıra ölkələr artıqelektron Apostil (e-Apostille) sisteminə keçid ediblər vəAzərbaycan da bu təcrübədən faydalana bilər. Bunun üçün beynəlxalqkonvensiyalara uyğun texniki platformanın yaradılması, qarşılıqlıtanınma mexanizmlərinin razılaşdırılması və diplom məlumatlarınınbeynəlxalq verifikasiya sistemlərinə inteqrasiyası tələbolunur”.
Deputatın sözlərinə görə, ümumilikdə, diplomların tamrəqəmsallaşdırılması təkcə texnoloji yenilik deyil, həm də təhsilsistemində etimadın möhkəmləndirilməsi, beynəlxalq tanınmanıngenişləndirilməsi və insan kapitalının qorunması baxımındanstrateji islahatdır. Bu proses dövlətin rəqəmsal transformasiyasiyasətinə tam uyğun olmaqla yanaşı, uzunmüddətli perspektivdəölkənin təhsil və əmək bazarına müsbət təsir göstərəcək.
Diplomların fiziki, yəni kağız daşıyıcılar şəklindəmövcudluğu da vacibdir
Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Elçin Mirzəbəylidə mövzu ilə bağlı Trend-ə bildirib ki, diplomların və ümumiyyətlətəhsillə bağlı bütün sənədlərin rəqəmsallaşdırılması bu sahədəkiproblemlərin aradan qaldırılmasına və saxta diplomların nəzarətdəsaxlanmasına ciddi şəkildə kömək edir:
“Hesab edirəm ki, bu proses Azərbaycanda təhsil sahəsindəaparılan islahatların tərkib hissəsi kimi dəyərləndirilə bilər.Əgər söhbət rəqəmsal diplomlardan gedirsə, bu halda rəqəmsalApostil mexanizmlərinin tətbiqi də mümkündür və bu, nəticəetibarilə ciddi problem yaratmır. Bildiyiniz kimi, Azərbaycandaxaricdə təhsil alan tələbələrin diplomlarının tanınması(nostrifikasiyası) üçün artıq yaxşı formalaşmış bir sistemmövcuddur. Xüsusilə, Azərbaycanla sıx hüquqi əməkdaşlıq edənölkələrlə, məsələn, Türkiyə ilə bu sahədə ortaq sistemlər qurulubvə diplomların tanınması prosesi həmin sistemlər üzərindən sürətlişəkildə həyata keçirilir. Hazırda dövlətlərarası bir çox sənədmübadiləsi rəqəmsal mexanizmlərlə həyata keçirilir. Ona görədüşünürəm ki, tətbiq baxımından ciddi çətinliklər gözlənilmir”.
Elçin Mirzəbəyli diplomların kağız daşıyıcılar şəklindəmövcudluğunun vacibliyinə diqqət çəkib:
“Amma eyni zamanda, diplomların fiziki, yəni kağız daşıyıcılarşəklində mövcudluğu da vacibdir. Çünki rəqəmsal sistemlərin tamtəhlükəsizliyini təmin etmək bəzən mümkün olmur. Buna görə dəparalel şəkildə həm rəqəmsal, həm də fiziki formatların mövcudluğuvacibdir. Əgər təhlükəsizlik mexanizmləri tam təmin olunsa vəalternativ sistemlər qurulsa, gələcəkdə tam rəqəmsallaşmaya keçməkmümkündür”.
Paralel formada kağız daşıyıcının saxlanılması nəzərdətutulmur
Elm və Təhsil Nazirliyinin Təhsilin İnformasiyalaşdırılmasıİdarəsindən Trend-ə verilən məlumata görə, müasir dövrün tələbinəuyğun olaraq diplomların elektron şəkildə təqdim olunması məzunlarayekun dövlət sənədinin sürətli şəkildə təqdim olunması, əlavə işyükünün azaldılması, kağız daşıyıcıda olan sənədlər üçün zəruriolan xərclərin azaldılmasıdır.
Təhsilin İnformasiyalaşdırılması İdarəsindən elektrondiplomların digər qurumara təqdimi və itirilmə halları ilə bağlıməsələyə də aydınlıq gətirilib:
"Təhsil haqqında dövlət sənədində göstərilən məlumatlar ElektronHökumət İnformasiya Sistemi üzərindən təqdim edilə (əldə edilə)bilər. Elektron formada olan sənədin itirilmə hallarının qarşısınıalır. Sənəd EHİS-də öz əksini tapacaq".
İdarədən bildirilib ki, bütün təhsil pillələri üzrə TMİSçərçivəsində müvafiq altsistemlər qurulub və müəssisələr bualtsistemlərə qoşulub. Elektron təhsil sənədlərinin verilməsi iləbağlı bütün əməliyyatlar bu altsistemlərdə baş verəcək və nəticədəsənədlər vətəndaşlar üçün EHİS-də təqdim ediləcək".
Diplomların elektronlaşdırılması bütün universitetlərivə orta ixtisas təhsili müəssisələrini əhatə edəcək
Qeyd edilib ki, diplomların elektron formada verilməsi bütünuniversitetləri və orta ixtisas təhsili müəssisələrini əhatəedəcək:
"Azərbaycan Respublikasında fəaliyyət göstərən bütün ali və ortaixtisas təhsili müəssisələrinin tələbələri məzun olduqda elektronformada təhsil haqqında dövlət sənədi əldə edə bilərlər. Paralelformada kağız daşıyıcının saxlanılması nəzərdə tutulmur”.

Rəqəmsallaşma ilə bağlı ortaya çıxan təhlükəsizlik məsələləriilə bağlı suala cavab olaraq isə bildirilib ki, elektron sənədlərinyoxlanılması üçün alətlər təqdim olunacaq:
"Sənədlərin təhlükəsizliyinin qorunması üçün müvafiq tədbirlərhəyata keçirilib, bütün təhlükəsizlik tədbirləri görülüb. Eynizamanda təqdim olunan elektron sənədlərin yoxlanılması üçün alətlərtəqdim olunacaq".
Bəs diplomların elektronlaşdırılmasında dünya təcrübəsinecədir?
Təhsil üzrə mütəxəssis Vaqif Fətullayev qeyd edib ki, dünyatəcrübəsinə görə, Avropada "European Digital Credentials" (EDC)sistemi vasitəsilə diplom və sertifikatlar elektron möhürlə təsdiqolunaraq "Europass" üzərindən onlayn yoxlanır:
“ABŞ-də "National Student Clearinghouse" minlərlə universitetindiplom məlumatlarını birləşdirən milli baza kimi fəaliyyət göstərirvə diplomlar xüsusi onlayn xidmətlərlə təsdiqlənir. Qazaxıstandaicdv.kz portalı ali təhsil diplomlarının elektron reyestrini təqdimedir və sənədlər seriya, nömrə ilə dərhal yoxlanılır. Həmçinin MIT(Massachusetts Institute of Technology), Nikosiya Universiteti(University of Nicosia), Holberton School, həmçinin McMasterUniversity və Maryville University kimi bir sıra ali təhsilmüəssisələri bəzi proqramlarda blokçeyn əsaslı rəqəmsal diplomlartətbiq edərək sənədlərin dəyişdirilməzliyini, təhlükəsizliyini vəasan yoxlanılmasını təmin edir”.
“Hazırda kağız diplomu tam ləğv etdiyini rəsmi elan edənölkələrin konkret siyahısına rast gəlməsəm də, tendensiya belədirki, bir çox Avropa İttifaqı ölkəsində, xüsusilə Estoniya,Finlandiya və Niderlandda ali təhsil diplomlarının əsas formasırəqəmsal təsdiq sənədi hesab olunur, kağız nüsxə isə ya əlavə, yada sadəcə simvolik sənəd kimi verilir. Estoniya öz e-dövlət modeliçərçivəsində diplom məlumatlarını mərkəzləşdirilmiş dövlətreyestrində saxlayır və elektron imzalı çıxarışı hüquqi cəhətdənəsas sənəd kimi tanıyır. Tam onlayn fəaliyyət göstərən bəziuniversitet və proqramlarda isə diplom yalnız rəqəmsal formatda(blokçeyn və ya EDC tipli sistemlər vasitəsilə) təqdim olunur,fiziki diploma ehtiyac qalmır. Bu praktika göstərir ki, diplomunəsas “hüquqi daşıyıcısı” tədricən kağızdan rəqəmsal mühitə keçir,kağız diplom isə sadəcə atribut funksiyası daşıyır”, - VaqifFətullayev bildirib.