AZ

Sabah Naxçıvanın bəzi yerlərində işıq kəsiləcək

Moderator.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Yanvarın 14-də Naxçıvan şəhərində "Azərişıq" ASC-nin Naxçıvan Regional Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) tərəfindən planlı təmir-bərpa işləri aparılacaq.

Moderator.az xəbər verir ki, bu səbəbdən 110/35/10 kV-luq Koroğlu yarımstansiyasından çıxan 10 kV-luq "Yeni Naxçıvan" hava elektrik verilişi xətti razılaşdırılmış sifarişə əsasən açılacaq.

Eyni zamanda, milli SCADA sisteminin qurulması məqsədilə 377 nömrəli transformator yarımstansiyasında yenidənqurma işləri həyata keçiriləcək. Bununla əlaqədar olaraq, Naxçıvan şəhərinin Qoçüstü məhəlləsində saat 11-dən 13-dək elektrik enerjisinin verilişində fasilə olacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
94
13
moderator.az

10Mənbələr