AZ

Keçiddə 84 yaşlı kişini vurub öldürən sürücü həbs edildi ANBAAN VİDEO

ain.az, Avtosfer portalına istinadən məlumat yayır.

Yolu keçən piyadanı avtomobil vurub. Avtosfer.az xəbər verir ki, hadisə Türkiyənin Adana şəhərində baş verib. Məlumata görə, Seyhan rayonu Fevzipaşa məhəlləsində D.V.-nin idarə etdiyi 34-FB-201 nömrə nişanlı avtomobil nizamlanmayan piyada keçidindən keçən 84 yaşlı Bekir Avcunu vurub.  Zərbənin təsirindən yaşlı kişi metrlərlə havada uçaraq asfalta çırpılıb. 

Qəza nəticəsində ağır xəsarətlər alan piyada xəstəxanaya aparılıb. Həkimlərin bütün səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb. 

Polis tərəfindən saxlanılan sürücü daha sonra məhkəməyə çıxarılıb və hakimin qərarı ilə həbs edilib.

Sözügedən ağır qəzanın anbaan videosunu təqdim edirik:

Namiq Musayev

Oxunub 18

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
17
avtosfer.az

1Mənbələr