AZ

Alonsonun gedişinin təfərrüatları -

“Real Madrid”in məşqçi Xabi Alonso ilə yollarını ayırmasının detalları açıqlanıb. Metbuat.az xəbər verir ki, yerli media tərəflər arasındakı proses barədə yazıb. Klub mənbələrinə görə, Alonsonun klubdan göndərilməsi bundan əvvəl müzakirə edilib. Evdə "Selta Viqo"ya qarşı xal itkisi və ardından "Mançester Siti"yə qarşı məğlubiyyət klub rəhbərliyini Alonsonun karyerasını nəzərdən keçirməsinə səbəb olub. Alonsodan İspaniya Super Kubokundan əvvəl oyunlarda qalib gəlməsi və klubun uğurlu oyun nümayiş etdirməsi tələb olunub. Finalda “Barselona”ya 2-3 hesablı məğlubiyyət rəhbərliyi Alonso barədə qərar qəbul etməsinə səbəb olub. “Cadena Cope”də dərc edilən xəbərə görə, ayrılığın qarşılıqlı olduğu elan edilməsinə baxmayaraq, məğlubiyyətdən sonra Alonso istefa vermək barədə düşünməyib. Lakin klub prezidenti Florentino Perez komandanın Super Kubok finalındakı çıxışından narazı qalıb.

Məğlubiyyətdən sonra klubun məşq mərkəzində keçirilən görüşdə rəhbərlik komandanın çıxışı ilə bağlı narahatlıqlarını Alonsoya çatdırıb. İspan məşqçi fiziki və zehni yorğunluğunu dilə gətirib. Potensial gedişin müzakirə olunduğu görüşdə ümumi danışıqlardan sonra Alonsonun klubdan getməsinə qərar verilib.

Seçilən
134
4
metbuat.az

6Mənbələr