AZ

Samirədən qurumlara irad

ain.az bildirir, Axsham.az portalına istinadən.

Aşıq Samirə Əliyeva sosial şəbəkədə bəzi qurumlara müraciət edib.

Axşam.az xəbər verir ki, aşıq paylaşımında milli musiqi alətlərinin düzgün təqdim olunmasının vacibliyini vurğulayıb:

“Saz aləti ilə paylaşım edən hörmətli qurumlar! Xahiş edirəm, diqqətli olun. Təqdim etdiyiniz alət Azərbaycana məxsus saz deyil. Digər xalqlara aid olan, saza bənzər bir musiqi alətini saz kimi təqdim edirsiniz. Hər zaman dəstək olmağa hazıram. Yetər ki, doğru olanı təqdim edək. Milli dəyərlərimizin qorunmasına bu qədər diqqət və qayğı göstərildiyi bir vaxtda, özümüz belə nöqsanlara yol verməyək".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
59
2
axsam.az

3Mənbələr