AZ

Qazaxıstan TƏSDİQLƏDİ: Qara dənizdə iki tankerə zərbə endirilib

Qazaxıstan Energetika Nazirliyi Qara dənizdə Xəzər Boru Kəməri Konsorsiumunun (CPC) dəniz terminalı yaxınlığında Qazaxıstan ixrac neftini daşıyan iki tankerə dronların hücum etməsi barədə məlumatları təsdiqləyib.

Publika.az xəbər verir ki, bəyanat nazirliyin "Telegram" kanalında dərc edilib .

Bildirilib ki, "Matilda" gəmisi Malta bayrağı, "Delta Harmony" isə Liberiya bayrağı altında üzüb.

Energetika Nazirliyi bildirib ki, birinci tankerdə partlayış nəticəsində yanma baş verməyib. Ekipaj üzvləri arasında xəsarət alan olmayıb.

"Texniki xidmətlərin ilkin qiymətləndirməsinə əsasən, tanker dənizə yararlı olaraq qalır və hazırda gövdədə ciddi zədələnmə əlamətləri aşkar edilməyib", - nazirlik qeyd edib.

Seçilən
22
1
publika.az

3Mənbələr