AZ

ŞOK: İranda SEPAH etirazçıları xəstəxanalarda tutaraq öldürür 

İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (KSIK) elit bölmələri ölkə üzrə xəstəxanaları nəzarətə götürərək yaralanmış etirazçıları, tibbi yardım üçün müraciət edənləri həbs edir.

KONKRET.az-ın “The Times”ə istinadən məlumatına görə, “yaralanmış hər kəs xəstəxanaya gələndə dərhal həbs olunur və sonra aparılır.” KSIK həmçinin meyitlərin verilməsi qarşılığında ailələrdən pul tələb edir və yaxınlarının “xalq tərəfindən deyil, rejim tərəfindən öldürüldüyünü” təsdiqləyən sənədləri imzalatdırır.

Bundan başqa, KSIK döyüşçüləri mülki geyimlərə bürünərək etirazçıları izləyir və saxlayır. Bir etirazçı Təhəranda şifrəli mesaj vasitəsilə bildirib: “Onlar insanları müəyyən yerlərə aparmağa inandırır, amma oralar əslində ölüm zonalarıdır və ora gələn hər kəsi atəşə tuturlar.”

Natiq Səlim,
KONKRET.az

Seçilən
36
1
konkret.az

2Mənbələr