Türkiyədə təlim-məşq toplanışını davam etdirən “Qarabağ” yanvarın 16-da Polşanın “Zaqlebie" komandası ilə yoxlama oyununa çıxacaq.
"Football-plus.az" xəbər verir ki, Ağdam təmsilçisi ilə əldə olunan razılaşmaya əsasən matç TVNET platformasına daxil olan “Sport TV” kanalı vasitəsilə canlı yayınlanacaq.
Xatırladaq ki, bundan öncə "Qarabağ" Özbəkistanın "Neftçi" komandası ilə yoxlama matçına çıxıb. Ağdam təmsilçisi 5:0 hesabı ilə qalib gəlib.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta