Xabi Alonsonun gedişindən sonra adı “Real Madrid”lə hallanan Yurgen Klopp şayiələrə cavab verib. Metbuat.az xəbər verir ki, “Real” Alonsondan sonra “Kastilya”da işləyən Alvaro Arbeloanı müvəqqəti məşqçi kimi əsas komandaya yüksəldib. Daxili həllərə üstünlük verilsə də, alman məşqçinin Madrid rəhbərliyi arasında böyük hörmətə malik olduğu və onun adı güclü profil hesab edildiyi bildirilir. Klopp Almaniya televiziyasına müsahibəsində “Real Madrid”lə bağlı şayiələrdən danışıb. Klop ona “Real”dan zəng gəlib-gəlməməsi barədə suala, “Bəli, həqiqətən zəng gəlməyə başlayıb, amma Madriddən yox”, - deyə cavab verib. Təcrübəli məşqçi Alonsonun gedişindən sonra bir çox insanın onunla əlaqə saxladığını etiraf etdib, lakin bunun məşqçiliyə qayıtmaqla əlaqəli olmadığını vurğulayıb. Klopp “Bayer Leverkuzen”də uğurlar qazanan Alonsoya “Real”da şans verilməməsini doğru hesab etməyib.