AZ

Snup Doqq yenə öz AMPLUASINDA: “Qızıl Qlobus”a narkotik təsiri altında GƏLDİ – VİDEO

Snup Doqq “Qızıl Qlobus”da səhnəyə narkotik təsiri altında çıxıb.

İnterpress.az xəbər verir ki, “Qızıl Qlobus” mükafatlandırma mərasimində maraqlı və gülməli anlar yaşanıb.

Məlumata görə, dünyaca məşhur repçi Snup Doqq (Snoop Dogg) “Ən yaxşı podkast” nominasiyasında qalibi elan etmək və mükafatı təqdim etmək üçün tədbirə dəvət olunub.

Lakin öz növbəsini çox uzun müddət gözləyən ifaçı darıxmaq istəməyib və səhnəyə çıxmazdan dərhal əvvəl marixuana qəbul edib.

Səhnəyə çıxanda isə o, vəziyyətini gizlətməyərək açıq şəkildə etiraf edib: “Hazırda şeytan kimi ‘tüstülənmişəm'”.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
42
interpress.az

1Mənbələr