"Tottenhem" ciddi itki ilə üzləşib.
QOL.az xəbər verir ki, klubun yarımmüdafiəçisi Rodriqo Bentankur budunun arxa əzələsindən aldığı zədə səbəbindən əməliyyat olunub. Məlumata görə, 28 yaşlı uruqvaylı futbolçu təxminən 3 ay yaşıl meydanlardan uzaq qalacaq.
Xatırladaq ki, oyunçu Premyer Liqanın 21-ci turu çərçivəsində baş tutan və "Tottenhem"in 2:3 hesablı məğlubiyyəti ilə yekunlaşan "Bornmut"la matçda zədələnib.
Qeyd edək ki, Bentankur 2025/2026 mövsümündə London klubunun heyətində 28 matça çıxıb, 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.