ain.az, Milli.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Maliyyə azadlığı dedikdə, işləmədən də gündəlik xərclərimizi rahat şəkildə qarşılaya biləcəyimiz bir vəziyyət nəzərdə tutulur.
Bəs, bunun üçün bizə nə qədər vəsait lazımdır?
Milli.Az-ın məlumatına görə, bunun üçün illik xərcləri 25-ə vurmaq kifayətdir. Alınan rəqəm sizin maliyyə azadlığına çıxmaq üçün ehtiyac duyduğunuz ümumi məbləği göstərir.
Məsələn, əgər illik xərcləriniz 10 000 manatdırsa, bu rəqəmi 25-ə vurursunuz. Əgər sizin 250 min manat yığımınız varsa, nəzəri olaraq maliyyə azadlığına çata bilərsiniz. Ekspetlər izah edir ki, bu məbləğin təxminən 4 faizini hər il xərcləməklə, əsas kapitala toxunmadan yaşamı davam etdirmək mümkündür.
Lakin qeyd olunur ki, burada nəzərə alınmalı bir neçə vacib detal var. Bunlardan biri də inflyasiyadır. 25 il sonra eyni məbləğ bugünkü qədər dəyərli olmaya bilər. Buna görə də yığılan vəsait passiv gəlir gətirməlidir ki, gəlirlər inflyasiyanı kompensasiya etsin.
Mina Mikayılova
Milli.Az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.