AZ

Serxio Ramos bu dəfə gücünü rinqdə sınadı

style='margin-bottom:10px;'>

Meksikanın "Monterrey" klubu ilə yollarını ayıran ulduz müdafiəçi Serxio Ramos fiziki formasını qorumaq üçün maraqlı üsula əl atıb.

QOL.az xəbər verir ki, sabiq futbolçu UFC-nin yüngül çəkidə çempionu İlya Topuria ilə birgə məşq keçib. Futbol və döyüş növlərini bir araya gətirən bu unikal hazırlıq prosesində hər iki idmançı öz bacarıqlarını nümayiş etdirib.

Peşəkar karyerasında 17 qələbəsi olan Topuria bu cür məşqlərin onun zərbə texnikasını təkmilləşdirdiyini, Ramos üçün isə tamamilə fərqli təcrübə olduğunu vurğulayıb. İspaniyalı müdafiəçi fiziki göstəriciləri ilə diqqət çəkib.

Qeyd edək ki, hazırda klubsuz olan Serxio Ramos Avropaya qayıtmaq niyyətindədir. Təcrübəli futbolçunun əsas hədəfi yenidən İspaniya millisinin formasını geyinməkdir.

Seçilən
71
2
teleqraf.com

3Mənbələr