AZ

Yasamalda avtomobil yanıb, nəqliyyatın hərəkətində sıxlıq yaranıb - FOTO

Yasamal rayonu, Tbilisi prospekti ilə Azər Əliyev küçəsinin kəsişməsində nəqliyyat vasitələrinin birində yanğın hadisəsi baş verib.

Bizim.Media xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin məlumatında deyilir.

Hadisə səbəbindən "20 Yanvar" metrostansiyası istiqamətində nəqliyyatın hərəkətində sıxlıq yaranıb.

Hazırda polis əməkdaşları tərəfindən sıxlığın aradan qaldırılması istiqamətində tədbirlər görülür.


Bizim.Media

Seçilən
73
8
bizim.media

10Mənbələr