AZ

BƏƏ nin “Masdar” şirkəti enerji portfelinin gücünü 65 giqavata çatdırıb

Moderator.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) “Masdar” şirkətinin (“Abu Dhabi Future Energy Company PJSC”) bərpaolunan enerji portfelinin gücü 2025-ci ildə 51 giqavatdan 65 giqavata çatıb. Şirkət bu uğura BƏƏ-nin təmiz enerjiyə investisiya qoymaq barədə strateji qərarından cəmi 20 il keçəndən sonra nail olub.

Moderator.az xəbər verir ki, bunu BƏƏ-nin sənaye və yüksək texnologiyalar naziri, “Masdar” şirkətinin İdarə Heyətinin sədri Sultan Əhməd əl-Cabir deyib.

O vurğulayıb ki, şirkətin hədəfi 100 giqavat gücə nail olmaqdır. “Masdar” yeni layihələr hesabına 2030-cu ilədək enerji gücünü orta hesabla 10 giqavat artırmağı planlaşdırır.

Qeyd edək ki, yanvarın 13-də BƏƏ-nin “Masdar” şirkətinin təşkilatçılığı ilə Əbu-Dabi Dayanıqlılıq Həftəsinin rəsmi açılış mərasimi keçirilib. Tədbirdə BƏƏ-nin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanla yanaşı, Serbiya, Madaqaskar, Cənubi Afrika, Nigeriya prezidentləri, o cümlədən digər dövlətlərin hökumət başçıları, yüksəksəviyyəli digər şəxslər, ekspertlər və elm adamları, eləcə də beynəlxalq təşkilatların nümayəndələri, ümumilikdə 3500-dən çox qonaq iştirak edib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
69
4
moderator.az

5Mənbələr