AZ

Emil Məmmədov: 2026 cı il Orta Dəhliz üzrə yeni dinamika ilə başlayıb

Oxu.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

"2026-cı il Orta Dəhliz üzrə yeni dinamika ilə başlayıb".

Oxu.Az xəbər verir ki, bu sözləri "Azərbaycan Dəmir Yolları" (ADY) QSC sədrinin müşaviri Emil Məmmədov sosial şəbəkə hesabında yazıb.

Müşavir öz şəxsi müşahidələrini bölüşərək qeyd edib ki, dəhliz iştirakçılarının yanaşmasında köklü dəyişiklik var.

"Belə ki, ölkələr və tərəfdaşlar getdikcə real nəticə əldə etmək üçün ayrı-ayrı fəaliyyətin deyil, yalnız birgə əməkdaşlıq və inteqrasiya yolu ilə mümkün olduğunu görürlər. Bunu istər ölkədaxili dövlət nəqliyyat şirkətlərinin bir araya gətirilməsində, ya da regional ölkələrin sıx əməkdaşlıq etməsində görmək mümkündür".

Emil Məmmədovun sözlərinə görə, region artıq "vəhşi kapitalizm" mərhələsini geridə qoyub və qloballaşmanın tələb etdiyi koordinasiyalı fəaliyyət mərhələsinə daxil olub. Bura nəqliyyat dəhlizlərinin inkişafı, ticarətin genişlənməsi və bu dəhlizlər boyunca biznesin böyüməsi daxildir.

Müşavir Çin və Avropanın mövqeyinə də toxunaraq bildirib ki, Çin bu istiqamətdə artıq bir neçə ildir ki, daha fəal mövqe nümayiş etdirir:

"İndi isə Avropa nəqliyyat tərəfdaşlarında da oxşar açıq yanaşma görürük - müşahidəçi olmaqdan çıxıb, dəhlizin inkişafında aktiv iştirak etmək istəyi formalaşır".

O həmçinin bu gün Avrasiya Nəqliyyat Marşrutu Assosiasiyası üzrə ilk işçi görüşün keçiriləcəyini vurğulayıb və bunu Orta Dəhlizin cənub qolunun gücləndirilməsi istiqamətində praktik addım kimi qiymətləndirib.

"2026-cı il əməkdaşlığın regional iqtisadi inteqrasiyada real və görünən nəticələr verməyə başladığı il ola bilər", - deyə müşavir vurğulayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
37
oxu.az

1Mənbələr