
ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff İranın son şahının oğlu və İran müxalifətinin lideri Rza Pəhləvi ilə gizli görüş keçirib.
Missiya.Az "APA"ya istinadən xəbər verir ki, bu barədə “Axios” məlumat yayıb.
ABŞ-nin yüksək vəzifəli rəsmisi görüşün ötən həftə sonu baş tutduğunu bildirib.
Portalın məlumatına görə, bu, İranda kütləvi nümayişlər və iğtişaşların başlamasından bəri ABŞ administrasiyası ilə müxalifət qüvvələri arasında ilk belə yüksək səviyyəli görüşdür.
"Pəhləvi rejimin süqutu halında özünü keçid lideri kimi təqdim etməyə çalışır", - “Axios” yazır.