Amerikalə film ulduzu Rodjer Yuinq 83 yaşında vəfat edib.
Publika.az xəbər verir ki, bu barədə People jurnalı ailənin nekroloquna istinadla məlumat yayıb,
Bildirilib ki, aktyor 18 dekabr 2024-cü ildə vəfat edib. Lakin xəbər yalnız bir neçə həftə sonra ictimaiyyətə çatdırılıb.
Onun ölüm səbəbi açıqlanmır.
Rodjer Lourens Yuinq 12 yanvar 1942-ci ildə Los-Ancelesdə anadan olub. Aktyorun karyerasında dönüş nöqtəsi 1965-ci ildə “Dumanlı namlu” serialında epizodik rol alması ilə baş verib. Gənc aktyorun işi prodüserlərin diqqətini çəkib və o, serialın daimi heyətinə qatılaraq Kleyton “Ted” Qrinvud rolunu oynayıb. CBS telekanalının məlumatına görə, bu obraz şounun baş qəhrəmanı Ceyms Arnessin kontrakt problemi dövründə potensial əvəzçi kimi nəzərdən keçirilmişdi. Problem həll edildikdən sonra, 1967-ci ilədək Yuinqin obrazı ssenaridən çıxarılıb.